Xəbər lenti

İraqın Baş naziri Heydər əl-İbadi Tehranda səfərdədir. 

“Report” İran KİV-inə istinadən xəbər verir ki, onu hava limanında İranın mədən, ticarət və sənaye naziri Məhəmməd Şəriətmədari qarşılayıb.

Heydər əl-İbadi İran Prezidenti Həsən Ruhani ilə görüşüb. Görüşdə iki ölkə arasındakı əlaqələrin hazırkı durumu və gələcək perspektivləri, İraqın şimalındakı Kürd Muxtar Əyalətində keçirilən “referendum”, İraqdakı son vəziyyət müzakirə olunub.

Qeyd edək ki, Heydər əl-İbadi oktyabrın 25-də Türkiyədə səfərdə olub. 




Ana səhifəyə qayıt        Baxış: 976          Tarix: 26-10-2017, 16:15      

Xəbəri paylaş


Paylaş:   

Prizma