Xəbər lenti

 Meksikanın Herrero ştatının Çilpansinqo şəhərində silahlı şəxslər futbol matçı zamanı azarkeşləri atəşə tutub.

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə "Noticias MVC" radiostansiyası məlumat yayıb.

Məlumata görə, hadisə zamanı üç nəfər xəsarət alıb. Onlardan ikisi sonradan ölüb. Daha bir yaralının vəziyyəti ağır qiymətləndirilir.

Hadisənin mümkün səbəbləri və ehtimal edilən şübhəlilər barədə məlumat verilməyib.

Hakimiyyət orqanlarının məlumatına görə, Herrero cari ildə Meksikanın ən təhlükəli regionu olaraq qalır. Bu ilin yanvarından sentyabrına qədər ştatda 1,72 min qəsdən adamöldürmə faktı qeydə alınıb. 




Ana səhifəyə qayıt        Baxış: 431          Tarix: 30-10-2017, 08:22      

Xəbəri paylaş


Paylaş:   

Prizma