Xəbər lenti

Fransanın cənubundakı Tuluza şəhərində baş vermiş silahlı insident zamanı 1 nəfər ölüb, 6 nəfər yaralanıb.

"Report" xəbər verir ki, bu barədə "France 3" telekanalı polisə istinadən məlumat yayıb.

Telekanalın ilkin məlumatına görə, motosikllə hərəkət edən iki nəfər bir qrup insana atəş atıb, bundan sonra isə gizləniblər.

Hadisə zamanı 1 nəfər ölüb, 6 nəfər yaralanıb. Yaralılardan ikisinin vəziyyətinin ağır olduğu bildirilir.

Hadisə yerinə polis əməkdaşları gəlib. 

 




Ana səhifəyə qayıt        Baxış: 1 036          Tarix: 4-07-2017, 13:06      

Xəbəri paylaş


Paylaş:   

Prizma