Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanası İraq Respublikasının ölkəmizdəki səfirliyinin müraciətinə əsasən Mosul şəhərindəki kitabxanalara 365 adda kitab göndərib.
Kitablar İraqın Azərbaycandakı səfirliyinin üçüncü katibi xanım Enas Abdul Kadhim Mohammed Al-Khazrajiyə təqdim olunub. Göndərilən kitablar arasında “Azərbaycan dövlətçilik fəlsəfəsi”, “Heydər Əliyev və Azərbaycan ədəbiyyatı. Heydər Əliyev haqqında etüdlər. Heydər Əliyev və Azərbaycan elmi”, “XİX-XX əsrlərdə ermənilərin azərbaycanlılara qarşı ərazi iddiaları”, “Qarabağ: etno mənəvi inkişaf tarixi”, “Qarabağ əsrlərin salnaməsi”, “Azərbaycanlılara qarşı etnik və soyqırımı siyasətinin mərhələləri”, “Türk-Azərbaycan bədii düşüncəsinin ilkin qaynaqları”, “Türk xalqları ədəbiyyatı”, “XX əsr Azərbaycan poeziyası antologiyası”, “Kitabi Dədə Qorqudun yasaqlanması” kimi əhəmiyyətli mənbələr var.\\AZƏRTAC
Paylaş: