Xəbər lenti

                                                     

 

Britaniyanın BDRC Continental araşdırma şirkətinin mütəxəssisləri 8 aylıq araşdırmadan sonra bu ölkənin Cable.co.uk internet portalının şərhçiləri ilə birlikdə dünyada genişzolaqlı internetin qiymət əlçatanlığı ilə əlaqədar ölkələrin reytingini tərtib ediblər.

Ötən ayın sonu dərc olunmuş hesabatda dünyada ən ucuz internetin İranda, ən bahalı internetin isə Burkino Fasoda olduğu bildirilir.

Reytinqin flaqmanı İrandır, burada genişzolaqlı internetin qiyməti orta hesabla 5,37 dollar təşkil edir,  internetin ucuz olduğu ikinci yerə sahib isə ölkə Ukrayna olmuşdur.Ukraynada internetin orta aylıq qiyməti 5,52 dollar təşkil edir. Reytinqdə 3-cü yerdə Rusiya qərarlaşmışdır.Bu qonşu ölkə internetin ucuzluğuna görə İran və Ukraynadan sonrakı yerlə qənaətlənməli olmuşdur ki, bu ölkədə internetin orta aylıq qiyməti 9,98 dollar təşkil edir(qeyd:milli valyutalar dollara nisbərdə dəyişir).

İlk onluğa qiymət səviyyəsinə görə,MDB məkanından Rusiyadan başqa Moldova,Belarus,Qazaxtan və Gürcüstan daxildirlər ki,onların da qiyməti uyğun olaraq 11 dollar, 12,77 dollar, 13,64 dollar və 16,65 dollar təşkil edir.

Qərbi Avropa ölkələrində tamamilə fərqli qiymət ardıcıllığı mövcuddur.Regionda ən ucuz internet İtaliyada(28,89 dollar), Almaniya(34,08 dollar), Danimarka(35,93 dollar) və Fransadadır(36,96 dollar).Müqayisə üçün qlobal reytinqdə 62-ci yer tutan Böyük Britaniyada genişzolaqlı internetin orta aylıq qiyməti 40,44 dollar təşkil edir.

Daha yüksək qiymətlər isə Şimali Amerikada müşahidə olunur.Kanadalılar və Amerikalılar internetə uyğun olaraq ayda 54,9 dollar və 66,17 dollar verirlər.Onlar hətta qiyməti yüz dollarlarla ölçülən reytinqin antiliderlərindən də çox uzaqdadırlar.Bu ölkələr aşağıdan yuxarı sütünda Namibiyadır ki, ölkədə qlobal internet şəbəkəsindən istifadə etmək üçün istifadəçi 450,75 dollarından keçməlidir.Onun ardınca gələn ölkə isə təxminən 600(592) dollarından keçməlidir.Reytinqin antilideri, dünyada ən bahalı internetin olduğu ölkə isə Burkino-Fasodur.Bu ölkədə internet istifadəçisi onun imkanlarından yaralanmaq üçün provayderə aylıq 972 dollar ödəməlidir.Bu dünyada kəskin şəkildə rəqəmli uçurumun olduğunu göstərir.

Reytinqdə Azərbaycan 55-ci yerdə bərqərar olmuşdur.Respublikamızda orta aylıq internetin qiymətinin 38,09 dollar olduğu reytinq cədvəlindən görünir.Ondan öncəki yeri Man adası(İngiltərə adası-54-ci yer), 56-ci yerdə isə Banqladeş yer almışdır.

Qeyd etmək istərdim ki, BDRC Continentalın hesabatı 2017-ci ilin ötən 3 ayında 3351 genişzolaqlı internet paketi təhlil edildikdən sonra qiymətlər üzrə reytinq tərtib edilmişdir,bütövlükdə dünyanın 196 ölkəsində internetin qiymət mənzərəsini əks etidirir. //Digitalazerbaijan.az




Ana səhifəyə qayıt        Baxış: 802          Tarix: 4-12-2017, 22:14      

Xəbəri paylaş


Paylaş:   

Prizma