İnternetin açarı kimin əlindədir? Masonlar? İlluminati? Rokkefeller, ya da Rotşild? Yox, bunlar deyil. Donald Trump deyir ki, internetin açarı Bill Geytsin əlindədir. Nəzərə alsaq ki, bu da dəqiq deyil. O halda internetin açarı kimdədir?
Technote.az xəbər verir ki, internetin açarı dünyada 7 fərqli dövlətdə yaşayan 7 fərqli adamdadır. Bunun səbəbi də bu böyük gücün tək bir nəfərin əlində cəmləşməsinə imkan verməməkdir.
Qeyd edək ki, birlik internet üzərində yarana biləcək fəlakət zamanı (terrorist qruplaşmaların webi ələ keçirməsi, nəhəng şirkətlərin hack olunması) vəziyyəti ələ almaq üçün beynəlxalq razılaşma əsasında yaradılıb. 2010-cu ildə qurulan birlikdə dünyanın hər tərəfindən “keymaster”lər yer alır. Onlar aşağıdakılardır:
1.Paul Kin (Britaniya)
2.Dam Kaminski (ABŞ)
3.Jiankanq Yao (Çin)
4.Mussa Quebre (Burkina Faso)
5.Bevil Vudinq (Trinidad və Tobaqo)
6.Andrey Suri (Çexiya)
7.Norm Ritçe (Kanada)
Bu şəxslər ICANN-də (Təyin Olunmuş Adlar və Nömrələr Üçün İnternet Qurumu) fəaliyyət göstərirlər. Əsas işləri istifadəçilərin internet təhlükəsizliyini təmin etməkdir. Hamının adını, yaxınlarını və məlumatlarını bilirlər. Amma bunun yaxşı bir səbəbi var. ICANN bütün məlumatları öz əlinə keçirib “fake” hesablarla real hesabları ayırır.
Ona görə də internetdə milyonlarla spam olsa belə, bu istifadəçinin gündəlik gəzintisinə ciddi təsir etmir.
İnternetin açarı məsələsinə gəldikdə, bu “açarlar” iki mərhələli yoxlanışdan sonra açılan gizli otaqlarda saxlanılır.
İnternetə restart vermək lazım olduuqda 7 nəfər bir yerə yığışır və 7 açarı birlikdə baza stansiyasına taxırlar. /Qaynarinfo/
Paylaş: