Xəbər lenti

 Alimlər kosmosdan Yer üzünə gələn əsas 5 təhlükənin adını açıqlayıb.

Axar.az xəbər verir ki, bu barədə informasiyanı “Theconversation.com” saytı yayıb. Ekspertlərin fikirlərinə əsaslanaraq hazırlanan materialda kosmosdan Yer üzünə gələn əsas təhlükə kimi Günəş göstərilib. Burada baş verən partlayışların bizim planetə mənfi təsir göstərdiyini iddia edən sayt Günəşdəki ani dəyişikliyin Yeri yox edə biləcəyini bildirib.

Yerə ikinci ən böyük təhdid kimi Andromeda qalaktikası göstərilib. Ekspertlərin fikrincə, 5 milyard il sonra bu qalaktika Yerin də yerləşdiyi Süd yolu kəhkəşahanını uda bilər.

Təhlükələr sırasında ilk üçlüyü qara dəlik tamamlayıb. Qara dəlikdən planetimizə tərəf buraxılan plazma axını Yeri tam olaraq yandırmaq gücündədir.

Dördüncü ən böyük təhdid isə Yerə tərəf hərəkət edən ulduzlar seçilib. Planetə yaxınlaşması ucbatından bu ulduzlar Yerdəki qravitasiyanı məhv edə bilərlər.

Sonuncu ən böyük təhdid isə asteroidlər sayılır. Alimlərin iddiasına görə, bir zamanlar dinozavrları məhv edən bu kosmik vasitələr insanlığın da sonunu gətirə bilər.




Ana səhifəyə qayıt        Baxış: 1 007          Tarix: 8-12-2017, 09:32      

Xəbəri paylaş


Paylaş:   

Prizma