Xəbər lenti

 

 Türkiyənin İstanbul şəhərində dünyanın ən böyük hava limanı tikilir.

Axar.az Türkiyə mediasına istinadən xəbər verir ki, 1.3 milyon kvadrat metr sahəni əhatə edən hava limanı kosmosdan da görünür.

İGA Hava Limanları İnşaatı şirkətinin idarə heyətinin sədri Yusif Akçayoğlu hava limanının ilk mərhələsinin 29 oktyabr 2018-ci ildə tamamlanacağını bildirib.

“O qədər böyük layihədir ki, kosmosdan da görmək mümkündür. Helikopterlə baxanda hava limanının bir hissəsi görünür. Yalnız təyyarədən baxanda bütün ərazini görmək olur”, - o bildirib.

Sözügedən hava limanının dünyadakı ən böyük olmaqla yanaşı, dizaynına görə ən gözəl liman olacağı iddia edilir.




Ana səhifəyə qayıt        Baxış: 772          Tarix: 14-08-2017, 08:16      

Xəbəri paylaş


Paylaş:   

Prizma