Xəbər lenti

                                                     

Gürcüstanın baş nazirinin müavini, xarici işlər naziri Mixail Canalidze Vyana şəhərində ATƏT-in Nazirlər Şurasının 24-cü iclası çərçivəsində erməni həmkarı Edvard Nalbandyan ilə görüşüb.
“Report”un Gürcüstan bürosu xəbər verir ki, görüşdə yüksək səviyyəli səfərlərin təşkili, ikitərəfli əməkdaşlıq, regiondakı vəziyyət və təhlükəsizlik məsələləri müzakirə edilib.
Xatırladaq ki, bir neçə gün əvvəl Gürcüstanın baş naziri Georgi Kvirikaşvili Yerevana səfərini təxirə salıb.
Səfərin nə vaxt reallaşacağı hələlik məlum deyil.//Report




Ana səhifəyə qayıt        Baxış: 771          Tarix: 8-12-2017, 22:17      

Xəbəri paylaş


Paylaş:   

Prizma