Xəbər lenti

“Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzrum, Bakı-Supsa neft və qaz kəmərləri Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayır”.

“Report”un Gürcüstan bürosu xəbər verir ki, bunu Gürcüstanın baş naziri Georgi Kvirikaşvili NATO PA-nın yaz sessiyasındakı çıxışı zamanı deyib.

O, Gürcüstanın enerji resurslarının şaxələndirilməsi ilə bağlı məlumat verib və bildirib ki, Gürcüstan hökuməti öz tərəfdaşları ilə bu və digər layihələrin daha da genişlənməsi istiqamətində mühüm işlər görür.

G.Kvirikaşvili regionda həyata keçirilən digər regional layihələrin də əhəmiyyətini xüsusi qeyd edib. Baş nazir deyib ki, bu layihələr Avropa ilə Asiya arasında siyasi, iqtisadi, ticarət, mədəni əlaqələrin genişlənməsində, eləcə də təhlükəsizliyin təmin olunmasında mühüm rol oynayacaq: “Gürcüstan öz tərəfdaşları ilə bu və digər layihələrin təhlükəsizliyini yüksək səviyyədə qoruyur və bundan sonra da qoruyacaq”.

 




Ana səhifəyə qayıt        Baxış: 1 159          Tarix: 29-05-2017, 11:04      

Xəbəri paylaş


Paylaş:   

Prizma