Çinin Sıçuan əyalətində Asiyanın ən qədim paqodası (budda məbədi) yanıb.Ovqat.com oxu.az-a istinadən bildirir ki, 16 mərtəbəli tikili Sıçuanın şimal-qərbindəki monastırda yerləşirdi.Xəsarət alanlar barəsində məlumat daxil olmayıb, hazırda yanğının səbəbləri araşdırılır.
Paqoda Min sülaləsinin hakimiyyəti dövründə (XIV-XVII əsrlər) tikilmişdi. O, 2008-ci ildə zəlzələ nəticəsində dağılmışdı. Yanğın zamanı isə paqodada bərpa işləri aparılırdı.