
Rəsmi Tehran noyabrın əvvəlində Yəməndən Səudiyyə Ərəbistanına atılmış raketin İrandan alınmasına dair ABŞ-ın “təxribatçı və destruktiv” ittihamlarını rədd edir.“RİA Novosti”nin verdiyi xəbərə görə, bu barədə İranın BMT-dəki daimi nümayəndəliyinin bəyanatında bildirilir.
“Biz qəti şəkildə bu əsassız, məsuliyyətsiz, təxribatçı və destruktiv ittihamı rədd edirik”, – deyə bəyanatda qeyd olunub.
Qeyd edək ki, ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Nikki Xeyli bundan əvvəl Vaşinqtonda Yəməndəki üsyançı husilərin Ər-Riyad aeroportuna atdığı İran istehsalı olduğu iddia edilən raketin qalıqlarını təqdim edib.
İranın BMT-dəki daimi nümayəndəliyindən nümayiş etdirilən qalıqların saxtalaşdırılmış olduğu bildirilib.//APA
Paylaş: