Xəbər lenti

Tramp Tillersonu postundan kənarlaşdırır

ABŞ-ın dövlət katibi Reks Tillersonun istefası haqqında şayiələrin yeni dalğası yaranıb.

Publika.az xəbər verir ki, “Foreign Policy” nəşrinin məlumatına görə, Tillersonu bu postda ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Nikki Heyli əvəz edə bilər.

Nəşr bu barədə Dövlət Departamentinin indiki və keçmiş məmurlarına istinadən yazıb. Bildirilir ki, Tillerson son zamanlar Şimali Koreyanın raket sınaqları ətrafında yaranan vəziyyətə reaksiya vermir. Amma Heylinin bu hadisələrlə əlaqədar Vaşinqtonun mövqeyini daha fəal səsləndirdiyi deyilir.

Bundan başqa, ABŞ-ın BMT-dəki daimi nümayəndəsi İran barəsində də fəal fikirlərlə çıxış edir.

“İran və Şimali Koreya da daxil olmaqla, aktual beynəlxalq məsələlər üzrə Heylinin yüksək nüfuzu və təsiri dövlət katibinin siyasi gələcəyi haqqında mövzunu yenidən qaldırıb. Tillerson Şimali Koreya barəsində susur, Heyli boşluğu doldurmaq üçün vəziyyətə qarışıb”, - Amerika nəşri qeyd edib.

Qeyd edək ki, Tillersonun dövlət katibi postunu tərk edə biləcəyi barədə iddialar daha əvvəllər də səslənib. Onun Trampla bəzi mövzular üzrə fikir ayrılıqlarının olduğu bildirilir. Ancaq Tillerson və onun komandası mümkün istefa haqqında şayiələri təkzib edir.

Nikki Heyli sonuncu iddianı şərh etməkdən imtina edib.




Ana səhifəyə qayıt        Baxış: 999          Tarix: 7-09-2017, 15:33      

Xəbəri paylaş


Paylaş:   

Prizma