Yavuz Yılmazın suiqəds nəticəsində deyil, intihar edərək öldüyü məlum olub.
Publika.az xəbər verir ki, ABŞ-da olan sabiq nazir oğlunun ölüm xəbərini eşidən kimi təcili olaraq Türkiyəyə qayıdacağını deyib.
Məsud Yılmaz oğlunun intihar xəbəri ilə razılaşmadığını deyib.
Mərhumun hansı səbəblərdən intihar etdiyi isə hələlik məlum deyil.
***
Sabiq baş nazirin oğlu evində ölü tapıldı.
Publika.az xəbər verir ki, Türkiyənin sabiq baş nazirlərindən olan Məsud Yılmazın oğlu Mehmet Yavuz Yılmaz Beykoz bölgəsindəki evində ölü tapılıb.
Silahla vurularaq öldürülən nazir oğlunun intihar, yoxsa suiqəsdə qurban getdiyi araşdırılır. Hadisə yerinə gələn polis və tibbi briqada cəsədi ekspertizaya göndərib.
Xatırladaq ki, Mehmet Yavuz Yılmaz türkiyəli teleaparıcı Sevinc Sapmaz ilə 3 il ailəli olub və boşanıb.
Faktla bağlı cinayət işi başladılıb.
Paylaş: