Xəbər lenti

Bakıda məşhur bazarın keçmiş SAHİBİ İNTİHAR ETDİ - Rəsmi REAKSİYA (YENİLƏNDİ)

Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov Publika.az-a açıqlamasında "Şüşəli bazar" kimi tanınan ticarət mərkəzinin keçmiş sahibi Qulu Quliyevin yaşadığı evdə özünü asaraq öldürməsi faktını təsdiqləyib.

E.Sultanov hadisə ilə bağlı məlumat veriləcəyini qeyd edib: “Şəxs öz evində intihar edib. Hadisə ilə bağlı Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 125-ci maddəsi ilə cinayət işi başladılıb. İntiharın səbəbləri dəqiqləşdirildikdən sonra bu barədə məlumat veriləcək”.

***

Bakıda intihar hadisəsi baş verib.

Publika.az bildirir ki, Suraxanı rayon Polis İdarəsindən Apa-ya verilən məlumata görə, hadisə Hövsan qəsəbəsində qeydə alınıb.

Qəsəbə sakini Qulu Quliyev yaşadığı evdə özünü asıb. Onun özünə qəsd etməsinin səbəbi hələlik məlum deyil.

Faktla bağlı Suraxanı rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.

Qeyd edək ki, Q. Quliyevin Bakının Yasamal rayonu ərazisində yerləşən və "Şüşəli bazar" kimi tanınan ticarət mərkəzinin keçmiş sahibi olduğu bildirilir.




Ana səhifəyə qayıt        Baxış: 1 387          Tarix: 2-12-2017, 17:20      

Xəbəri paylaş


Paylaş:   

Prizma