"2018-ci ilin martında keçiriləcək prezident seçkisini boykot edin".
Bu sözləri öz tərəfdarlarına videomüraciətində rusiyalı müxalif bloger Aleksey Navalnı söyləyib.
“Biz bilirdik ki, Mərkəzi Seçki Komissiyası bizi qeydə almayacaq. Dəqiq və aydın planımız var. Biz seçicilərin tətilini elan edirik. Belə ki, bizə təqdim edilən prosedur seçki deyil. Biz seçkiyə qarşı təşviqata başlayırıq. İndi məntəqələrə gəlmək ləyaqətsiz davranış olardı. İndi məntəqələrə gəlmək yalan və korrupsiyaya səs vermək deməkdir. Bülleteni sıradan çıxarmaq çıxış deyil, çünki Kremli yalnız seçici fəallığı faktı narahat edir”, – deyə o, bildirib.
Qeyd edək ki, Rusiya Mərkəzi Seçki Komissiyası Navalnının prezidentliyə namizədliyini qeydə almayıb. Buna səbəb kimi isə Navalnının ağır cinayətə görə həbsdə yatması göstərilib/Axar.az.
Paylaş: