Xəbər lenti

 Azərbaycan Seçki Məcəlləsinə dəyişikliklər edilməsi təklif olunur.

“Report”un xəbərinə görə, məcəllənin 3-cü (Ümumi seçki hüququ), 25-ci (Mərkəzi Seçki Komissiyasının vəzifələri), 31-ci (Dairə seçki komissiyasının vəzifələri), 42-ci (Müşahidəçilərin hüquq və vəzifələri), 47-ci (Vətəndaşların seçici siyahısına daxil edilməsi və seçici siyahısından çıxarılması qaydası), 59-cu (İmza vərəqələrində, habelə namizədlərin, siyasi partiyaların, siyasi partiyalar bloklarının təqdim etdikləri sənədlərdə olan məlumatların düzgünlüyünün seçki komissiyaları tərəfindən yoxlanılması), 73-1-ci (Namizədin namizədlik statusundan imtina etməsi), 100-cü (Seçki komissiyalarının səsvermə protokolları), 103-cü (Seçki qutuları), 104-cü (Səsvermə qaydası), 105-ci (Səsvermə otağından kənarda səsvermə), 106-cı (Seçki məntəqəsində səslərin hesablanması), 173-cü (Milli Məclisə seçilmiş deputatların qeydə alınması), 175-ci (Milli Məclisin deputatının mandatdan məhrum edilməsi haqqında qərarın qəbul edilməsi), 176-cı (Milli Məclisə seçkilər zamanı seçki dairəsi üzrə əlavə seçkilərin keçirilməsi), 179-cu (Növbədənkənar Prezident seçkilərinin keçirilməsi), 187-ci (Prezidentliyə namizədin namizədlik statusundan imtina etməsi), 212-ci (Bələdiyyələrə üzv seçilmək hüququ), 221-ci (Bələdiyyə üzvlüyünə namizədlərin namizədlik statusundan imtina etməsi) və.s maddəllərində dəyişikliklər edilir.

Dəyişikliklərin əksəriyyəti uyğunlaşdırma və texniki xarakterlidir.

Layihə yaxın vaxtlarda deputatların müzakirəsinə veriləcək.




Ana səhifəyə qayıt        Baxış: 891          Tarix: 8-11-2017, 10:14      

Xəbəri paylaş


Paylaş:   

Prizma