Xəbər lenti

Bu gün Azərbaycanın qarşısında duran əsas problem Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsidir. Ümid edirəm ki, bu problem tezliklə ədalətli həllini tapacaq.

Bu fikri Azərtac məxsusi açıqlamasında Ukraynanın sabiq Prezidenti Viktor Yuşenko söyləyib.

Viktor Yuşenko bildirib ki, Dağlıq Qarabağ münaqişəsi beynəlxalq hüquq çərçivəsində, Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllini tapmalıdır.

“Mən Dağlıq Qarabağ münaqişəsinin daim beynəlxalq hüquq, ərazi bütövlüyü, dövlətlərin beynəlxalq ictimaiyyət tərəfindən qəbul edilmiş sərhədlərinin pozulmazlığı və BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələri çərçivəsində həllinin tərəfdarı olmuşam”, – deyə sabiq prezident əlavə edib.

O vurğulayıb ki, Dağlıq Qarabağ münaqişəsi regionun təhlükəsizliyinə təhdiddir. Ona görə də beynəlxalq təşkilatlar münaqişənin tezliklə həllinə çalışmalıdır.




Ana səhifəyə qayıt        Baxış: 990          Tarix: 27-12-2017, 16:51      

Xəbəri paylaş


Paylaş:   

Prizma