"Azərbaycan Dağlıq Qarabağmünaqişəsinin həlli ilə bağlı öz ədalətli mövqeyini cəsatətlə ortaya qoyub. Azərbaycan bu münaqişnin, eləcə də, digər probləmlərin sülh yolu ilə həllində maraqlıdır".
"Report"un Gürcüstan bürosu xəbər verir ki, bunu gürcü tarixçisi, politoloq Quram Marxuliya "Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanması və vətəndaş cəmiyyətinin yeni missiyası" mövzusunda Tbilisidə keçirilən konfransda deyib.
Politoloq vurğulayıb ki, bu, ilk növbədə, Azərbaycan dövlətinin, dövlət başçısının uzaqgörən, praqmatik siyasətinin nəticəsidir: "Düşünürəm ki, Ermənistan dövləti də, belə bir cəsarətli addımı atacaq".
O bildirib ki, tarixdə, istənilən münaqişə sonda sülh yolu ilə həllini tapıb: "İnanırıq ki, Ermanistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi də sülh yolu ilə öz həllini tapacaq. Ermənistan rəhbərliyi də mövqeyində dəyişiklik etsə, sülhə nail olunacaq".
Paylaş: