Xəbər lenti

Parisdə yanvarın 16-da Avropa Şurası Parlament Assambleyasına (AŞPA) üzv dövlətlər arasında münaqişələr üzrə Alt Komitənin iclası keçiriləcək.

“Report” AŞPA-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, iclasda Dnestryanı müaqişə ilə bağlı məsələ müzakirə olunacaq.

Bir müddət əvvəl komitənin sədri Ştefan Şennak “Report”a müsahibəsində bildirmişdi ki, Avropa Şurası Parlament Assambleyasının Alt Komitəsi çərçivəsində Dağlıq Qarabağ münaqişəsinin həlli üçün aparılan müzakirələrdə hələlik fasilə yaranıb. Onun sözlərinə görə, fasilənin yaranması AŞPA-nın Monitorinq Komitəsinin Ermənistan üzrə həmməruzəçisi, Böyük Britaniyadan olan deputat Alan Mealein səlahiyyət müddətinin bitməsi ilə bağlıdır: "Onun AŞPA yanında missiyası bu ilin sonu başa çatacaq. Alt Komitə çərçivəsində Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli istiqamətində müzakirələr gələn ilin əvvəlində Ermənistan üzrə yeni həmməruzəçinin seçilməsindən dərhal sonra başlayacaq".




Ana səhifəyə qayıt        Baxış: 690          Tarix: 10-01-2018, 16:52      

Xəbəri paylaş


Paylaş:   

Prizma