Xəbər lenti

Rusiya Avropa Şurasına üzvlük haqqının bir hissəsini köçürməyib.
APA-nın verdiyi məlumata görə, Rusiya Dövlət Dumasının sədri Vyaçeslav Volodin bildirib ki, söhbət Avropa Şurası Parlament Assambleyasının maliyyələşməsi üçün nəzərdə tutulan 11 milyon avrodan gedir.
“Köçürmə bloklanıb. Maliyyələşmə il ərzində mərhələli şəkildə aparılır. İlin sonuna qalmış hissə köçürülməyib, vəssalam”, - deyə o vurğulayıb.
Qeyd edək ki, Rusiya Avropa Şurasının 5 əsas ödəyicisindən biridir. 2014-cü ilin aprel ayında Ukraynanın şərqindəki hadisələr və Krım məsələsinə görə Rusiyanın AŞPA-dakı nümayəndə heyəti əsas səlahiyyətlərindən məhrum edilib. Ötən ilin yanvarında Rusiya nümayəndə heyəti 2017-ci il üçün səlahiyyətlərinin təsdiqlənməsi üçün müraciət verməkdən imtina edib. Bu ilin əvvəlində Rusiya Dövlət Dumasının beynəlxalq məsələlər üzrə komitəsinin sədri Leonid Slutski bəyan edib ki, ölkəsi AŞPA ilə sıx əməkdaşlığı davam etdirəcək, lakin 2017-ci ildə plenar iclaslarda və komitələrin fəaliyyətində iştirak etməyəcək. 




Ana səhifəyə qayıt        Baxış: 1 063          Tarix: 6-06-2017, 13:05      

Xəbəri paylaş


Paylaş:   

Prizma