Xəbər lenti

Ermənistan xarici işlər naziri Edvard Nalbandyan yanvarın 17-də Polşanın Krakov şəhərində ATƏT-in Minsk qrupu həmsədrləri Endryü Şofer (ABŞ), Stefan Viskonti (Fransa) və İqor Popovla (Rusiya) görüşüb.

Görüşdə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik də qatılıb.

Görüşdə Dağlıq Qarabağ münaqişəsinin həli istiqamətində danışıqlar prosesi müzakirə edilib.

Qeyd edək ki, bu gün Krakovda Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşü keçiriləcək/APA. 




Ana səhifəyə qayıt        Baxış: 684          Tarix: 18-01-2018, 13:32      

Xəbəri paylaş


Paylaş:   

Prizma