Xəbər lenti

                                   

Türk Təbiblər Birliyinin (TTB) terrorçulara dəstəkdə ittiham olunan 11 üzvü barəsində həbs qətimkan tədbiri seçilib. 

Bu haqda Türkiyə KİV-i xəbər verir. 

Məlumata görə, Ankara Baş Prokurorluğu Türkiyə Silahlı Qüvvələrinin Suriyada apardığı "Zeytun budağı" əməliyyatı ilə bağlı bəyanat verən TTB-nin Mərkəzi Şurasının 11 üzvü haqqında istintaqa başlayıb. Arasında Birliyin rəhbəri Rəşid Tükel də olmaqla 8 nəfər saxlanılıb.

TBB-nin "Zeytun budağı" əməliyyatı ilə bağlı bəyanatı terrorçulara dəstək kimi qiymətləndirilir.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan da məsələyə münasibət bildirib: "Türk Təbiblər Birliyi deyilən qurum "Savaşa xeyr" adlı kampaniya aparmaq istəyir. Terrorçulara məhəbbət bəsləyən belələrinin "Barışa hə" dediklərini eşitmədik".

Qeyd edək ki, 83 245 üzvü olan TTB 1953-cü ildə İstanbulda təsis olunub.

Xatırladaq ki, yanvarın 20-də Türkiyə Silahlı Qüvvələri Suriyanın Afrin bölgəsində PYD, YPG və İŞİD terrorçularına qarşı əməliyyata başlayıb. "Zeytun budağı" adı altında keçirilən əməliyyatlara Türkiyə Hərbi Hava Qüvvələrinin "F-16" təyyarələri də cəlb olunub.//Modern.az




Ana səhifəyə qayıt        Baxış: 754          Tarix: 30-01-2018, 11:35      

Xəbəri paylaş


Paylaş:   

Prizma