Xəbər lenti

Türkiyə Silahlı Qüvvələrinin Suriya ilə sərhəd ərazilərdə apardığı “Zeytun budağı” əməliyyatı çərçivəsində indiyədək PKK/KCK/PYD-YPG və İŞİD-ə aid 340 hədəf vurulub, 394 terrorçu zərərsizləşdirilib. Məhv edilən hədəflər arasında terrorçulara məxsus sığınacaqlar, silah anbarları və atəş nöqtələri var.

Azərtac Anadolu informasiya agentliyinə istinadla xəbər verir ki, terrorçularla atışmalarda 3 türk əsgəri həlak olub, 30 əsgər yaralanıb. Həmçinin döyüşlərdə Azad Suriya Ordusunun 13 döyüşçüsü həyatını itirib.

Baş qərargah tərəfindən yayılan açıqlamada bir müddət əvvəl aparılmış “Fərat qalxanı” adlı əməliyyat zamanı Suriyanın Azez və Cerablus bölgələri arasında yerləşən 243 yaşayış məntəqəsinin və 2 min kvadratkilometrdən çox ərazinin nəzarət altına alındığı da bildirilir.

Xatırladaq ki, Türkiyənin Suriya ilə sərhədindəki Afrin bölgəsinin terrorçulardan təmizlənməsi məqsədi daşıyan “Zeytun budağı” əməliyyatı yanvarın 20-də başlayıb.




Ana səhifəyə qayıt        Baxış: 890          Tarix: 27-01-2018, 17:00      

Xəbəri paylaş


Paylaş:   

Prizma