Cənubi Koreyanın Qış Olimpiya oyunlarının keçiriləcəyi Pxençxan şəhərində əhali arasında virus yayılıb.
APA-nın koreabbo.com-a istinadən verdiyi xəbərə görə, 36 nəfərə yaxın adam novovirusa yoluxub.
Son dörd gündə oyunlarda mühafizə xidməti göstərəcək bir neçə nəfər də qarın ağrısı şikayəti ilə xəstəxanaya müraciət edib. Həmin şəxslərdə də novovirus aşkarlanıb.
Məlum olub ki, əhali kütləvi virusa içməli sudan yoluxub.
Qeyd edək ki, norovirus törədicisinin səbəb olduğu mədə-bağırsaq pozğunluğu mövsümi xarakterlidir, əsasən, payız-qış aylarında yayılır, ürək bulanması, qusma, ishal əlamətləri, qarın nahiyəsində ağrı ilə özünü büruzə verir. Virusun inkubasiya müddəti 10-72 saat ola bilir. Simptomlar 1-2 gündə özünü göstərməyə başlayır, bir neçə gün davam edir. Bir qayda olaraq xəstəlik öz-özünə sağalır.
Xatırladaq ki, Qış Olimpiya oyunları fevralın 9-dan 25-dək keçiriləcək.
Paylaş: