Sumqayıt şəhərində zəhərlənən uşaqlarda aşkarlanan virusun adı açıqlanıb. Səhiyyə Nazirliyinin mətbuat xidməti Sumqayıt şəhərində zəhərlənən uşaqlarda aşkarlanan virusun adının Rotavirus infeksiyası olduğunu açıqlayıb.
Teleqraf.com xəbər verir ki, rotavirus qış mövsümündə inkişaf edən və kəskin ishala səbəb olan virus infeksiyasıdır.
Uşaqlarda tez-tez rast gəlinir. Dünyada 5-6 yaşa çatmış uşaqlar ən azı bir dəfə bu virus infeksiyasına yoluxur.
Rota virusu infeksiyası daha çox xəstə adamla birbaşa və ya indirekt təmasla yayılır. Virus xəstə uşağın istifadə etdiyi əşyadan, oyuncaqlardan və ya toxunduğu yerlərdən də keçə bilir.
Virus tənəffüs yoluyla da yoluxa bilir. Yoluxma 12 saatla 4 gün arası zaman ərzində aktiv formaya keçir.
İnfeksiya ümumiyyətlə qusma və qızdırma ilə birlikfə çox pis qoxulu qansız ishallı qarın ağrısına səbəb olur. Şikayətlər 3-8 gün davam edir.
Rota virusu 5 yaşdan az uşaqlarda ishalın ən tez aşkarlalnan səbəbi olur. 4-24 ay arası uşaqlrada infeksiya olduqca ağır fəsadlara gətirir. Səbəb isə bu yaş qrupundakı uşaqların həm immunitet sistemlərinin daha zəif olması, həm də ishal və qusma ilə ibarət olan maye itkisinin daha böyük problemə yol açmaısıdr. Bu dövr uşaqların bədənində itən maye bərpa olunmazsa, ölüm halı yarada bilir.
Rota virusu infeksiyasının spesifik bir müalicəsi yoxdur. Virusa qarşı antibiotik müalicə təsirsiz olur və ümumiyyətlə, 2-5 gün arası stasionar müalicə tələb edir.
Gigiyenik tədbirlər sırasında əlin yuyulması, suyu qaynadaraq içilməsi xəstəliyin qarşısını alır.
Müəllif: İlhamə Əbülfət
Paylaş: