Xəbər lenti

Gürcüstanın sabiq prezidenti, Odessa vilayətinin keçmiş qubernatoru Mixeil Saakaşvili deportasiya olunduğu Polşadan Niderlanda gedəcək.

Trend-in məlumatına görə, bunu M.Saakaşvili özü elan edib.

O qeyd edib ki, Avropa ölkələrində bir sıra görüşlər keçirməyi planlaşdırır. M.Saakaşvili Belçika, Almaniya və Fransaya da səfər edəcəyini deyib.

Qeyd edək ki, bir neçə gün əvvəl M.Saakaşvili Kiyevdə saxlanmış və məhkəmə qərarı ilə Polşaya deportasiya olunmuşdu.

Sabiq prezident Ukraynada, eləcə də Gürcüstanda hakimiyyətin dinc yolla dəyişməsi üçün mübarizəsini davam etdirəcəyini vurğulayıb.




Ana səhifəyə qayıt        Baxış: 766          Tarix: 14-02-2018, 14:01      

Xəbəri paylaş


Paylaş:   

Prizma