Xəbər lenti

Bu il ATƏT Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli ilə məşğul olan Minsk qrupunun fəaliyyəti üçün 911 200 avro məbləğində maliyyə ayıracaq.

"Report" xəbər verir ki, ATƏT-in fəaliyyətdə olan sədrinin xüsusi nümayəndəsi Ancey Kaspşikin ofisinin büdcəsi isə 1 241 300 avro təşkil edəcək. Müqayisə üçün bildirək ki, ötən il də Minsk qrupunun fəaliyyəti üçün 911 200 avroməbləğində maliyyə ayırılmışdı, A.Kaspşikin ofisinin büdcəsi isə 1 235 800 avro idi.

Xatırladaq ki, bu il fevralın 15-də ATƏT-in Daimi Şurası Vyanada təşkilatın 2018-ci il üçün büdcəsini təsdiq edib. 2018-ci il yanvarın 1-dən dekbarın 31-dək olan dövr üçün təşkilatın ümumi büdcəsi 137 801 200 avro olacaq.

ATƏT-in Daimi Şurasına təşkilata üzv 57 ölkənin nümayəndələri daxildir. Qərarlar konsensus əsasında qəbul edilir.

ATƏT 57 üzv ölkənin ödənişləri hesabına maliyyələşdirilir. 

 




Ana səhifəyə qayıt        Baxış: 528          Tarix: 19-02-2018, 12:59      

Xəbəri paylaş


Paylaş:   

Prizma