Xəbər lenti

Türkiyə hərbçiləri deeskalasiya zonasına nəzarət üçün Suriyanın İdlib əyalətində 9-cu müşahidə məntəqəsi yaradıb.

“Report”un RİA “Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Türkiyənin hərbi qurumu Twitterdə məlumat paylaşıb.

Bildirilib ki, İdlibdə doqquzuncu müşahidə məntəqəsi inşa edilib.

“Anadolu” Agentliyinin verdiyi xəbərə görə, 100 nəqliyyat vasitəsindən ibarət hərbi karvan bu gün səhər Nürkiyə-Suriya sərhədini keçərək 88 kilometr aralıda yerləşən və müşahidə məntəqəsinin olduğu Morik kəndinə çatıb.

Qeyd olunub ki, Suriya ordusu və İranın dəstəklədiyi qruplaşmaların mövqeləri müşahidə məntəqəsindən, təqribən, 3 kilometr məsafədə yerləşir.

 




Ana səhifəyə qayıt        Baxış: 684          Tarix: 7-04-2018, 17:15      

Xəbəri paylaş


Paylaş:   

Prizma