Türkiyənin hərbi texnika karvanı bu sabah Suriyanın İdilib vilayətinə daxil olub.
Ovqat.com xəbər verir ki, məlumatı Anadolu Agentliyi yayıb.
Məlumata görə, Türk karvanı Astana sammitlərində əldə edilən razılıq çərçivəsində İdilibə göndərilib. Sammitdə Şimali Suriyada əmin amanlığın təminatı məqsədilə döyüşsüz bölgələr yaratmaq qərara alınmış və şərti adı “4-cü bölgə” olan Hələb çölünün qərb hissəsi Türkiyənin payına düşmüşdü.
Türkiyə, Rusiya və İran arasında bağlanan həmin müqaviləyə əsasən, Türk ordusu 12 Oktyabr 2017-ci il tarixindən etibarən, İdlibdə gərginliyi azaltma missiyasına başlamalı idi. Hazırda Suriya-Türkiyə sərhədi yaxınındakı İdlib-Afrin xəttindəki Salve kəndi ilə Saman Qalası yaxınlığında və Şeyx Əqil təpəsində TSQ-nin müşahidə nöqtələri fəaliyyət göstərir. Bununla belə, Türkiyənin həmin bölgəni tam nəzarət altında tuta bildiyi də söylənə bilməz. Son zamanlar Rusiya və Suriya hərbi bazalarına, təyyarələrinə edilən hücumların bu bölgədən törədilməsi də, görünür, Türkiyənin ərazidəki qüvvələrini artırmasını şərtləndirmişdir.
Müqaviləyə görə, mərhələli olaraq İdlibin şimalından cənubuna nəql ediləcək olan TSQ-nin 12 yerdə müşahidə nöqtəsi qurması nəzərdə tutulur.
TSQ-nin müşahidə missiyasının fəaliyyətə başlanmasının ardından Rusiya hərbi qüvvələrinin İdlibin kənarında, rejim ilə müxaliflərin cəbhə xəttində yerləşdirilməsi gözlənilir.
Paylaş: