Xəbər lenti

Əfqanıstanda terror aktı törədilib.

“Report”un “Anadolu”ya istinadən verdiyi məlumata görə, hadisə Nanqarhar əyalətinin Hasaki Mine rayonunda qeydə alınıb.

Belə ki, dinc sakinləri daşıyan avtomobilin keçdiyi vaxtda yol kənarına yerləşdirilən partlayıcı qurğu işə düşüb, nəticədə 5 nəfər ölüb, 14-ü yaralanıb.

Hələlik partlayışın məsuliyyətini heç bir qruplaşma öz üzərinə götürməyib

 




Ana səhifəyə qayıt        Baxış: 722          Tarix: 21-04-2018, 13:32      

Xəbəri paylaş


Paylaş:   

Prizma