İraqın cənubunda güclü partlayış baş verib.
APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, insident Bəsrada, nəzarət-keçid məntəqəsində qeydə alınıb.Minalanmış avtomobilin partladılması nəticəsində azı 2 hərbçi ölüb, bir neçə dinc sakin xəsarət alıb.
Partlayış terrorçu-kamikadze tərəfindən törədilib. Hadisəyə görə məsuliyyəti hələlik heç bir qruplaşma öz üzərinə götürməyib.