Xəbər lenti

Ermənistan polisi üç günlük mühasirədən sonra “Sasna tsrer” silahlı qruplaşmasının üzvlərini Yerevandakı məhkəmə zalından çıxara bilib.

“Sputnik” xəbər verir ki, bunu Ermənistan Polisinin mətbuat və təhlil bölməsinin rəisi Edqar Canoyan bildirib.

“Polis əməkdaşları zəncir təşkil edərək məhkumları məhkəmə binasından çıxarıb”, – deyə o vurğulayıb.

Qeyd edək ki, bu qruplaşmanın tərəfdarları bu həftə məhkəmənin binası yerləşən Arşakkunyants prospektini bağlamışdılar. Onlar qruplaşma üzvlərinin sərbəst buraxılmasını tələb edirdilər. “Sasna tsrer”in tərəfdarları həbs olunan qruplaşma üzvlərinin siyasi məhbus hesab edirlər.

Ancaq Ermənistanın baş naziri Nikol Paşinyanın çağırışından sonra onlar prospektdəki aksiyanı dayandırsalar da, məhkəmə binasının bütün giriş və çıxışlarını bağlayıblar.

Xatırladaq ki, “Sasna tsrer” qruplaşması 2016-cı il iyulun 17-də Yerevanda post-patrul xidmətinin binasına silahlı hücum edərək 6 nəfəri girov götürüb. Girovlar arasında polis rəisinin müavini, general-mayor Vartan Eqiazaryan da olub. Silahlı qarşıdurmada polis əməkdaşları arasında ölən və yaralananların olduğu da bildirilmişdi.

“Yeni Ermənistan” İctimai Birliyinin rəhbəri Jirayr Sefilyan 10 il 5 ay müddətinə azadlıqdan məhrum edilib. Qruplaşmanın başqa üzvlərinə də 5,5 – 2 il müddətinə həbs cəzası verilib.

 




Ana səhifəyə qayıt        Baxış: 494          Tarix: 19-05-2018, 16:01      

Xəbəri paylaş


Paylaş:   

Prizma