Xəbər lenti

 

Ötən ilin iyulunda Yerevanda baş verən silahlı qiyamla bağlı həbs olunan 18 nəfərin məhkəməsi ətrafında qalmaqal getdikcə artır.

Ovqat.com virtualaz.org-a istinadən bildirir ki, "Sasna Srer" qrupunun vəkilləri məhkəmə zalına polisin müşayiəti ilə yoxlanıldıqdan sonra buraxılırlar. Bu da hüquq müdafiəçilərinin narazılığına səbəb olub. Onlar bunun məhkəmə haqqında qanunlara zidd olduğunu deyirlər.

Vəkil İnessa Petrosyan bildirir ki, Ermənistan Ali Məhkəməsində oturanlar səriştəsizdirlər. Prosesdən əvvəl hüquq müdafiəçilərinin üzərində yoxlama aparılması düzgün deyil.

Vəkilin şikayətinə baxmayaraq, digər həmkarların da üzərində yoxlama aparıldığını görəndən sonra hüquq müdafiəçiləri aclıq aksiyası keçirməyə qərar veriblər. Aclıq aksiyası keçirməyə hazırlaşan vəkillərin sayı artıq 170-ə çatıb.

Aksiyaya hazırlaşan vəkillər deyirlər ki, Ermənistanda ədalətsizlik baş alıb gedir. Sadə vətəndaşlarla yanaşı, artıq vəkillərin də hüquqları pozulur. Nəticədə onlar əksər hallarda hüquqlarını müdafiə etdiyi insanların məhkəmə prosesində iştirak edə bilmirlər.

Xatırladaq ki, ötən ilin iyulunda Yerevanda baş verən silahlı qiyamla bağlı həbs olunan 18 nəfərin məhkəmə prosesi yenə təxirə salınıb. Hüquq müdafiəçiləri qeyd edirlər ki, Ermənistan prokurorluğu hər vəchlə bu insanların işini ağırlaşdırmağa çalışır. Ona görə məhkəmə prosesi müxtəlif bəhanələrlə uzadılır.




Ana səhifəyə qayıt        Baxış: 547          Tarix: 7-09-2017, 23:52      

Xəbəri paylaş


Paylaş:   

Prizma