Rəyi soruşulan ABŞ vətəndaşlarının 60 fazidən çoxu ölkə Prezidenti Donald Trampın seçki qərargahının əməkdaşlarının Rusiya ilə əlaqələrinin müstəqil şəkildə araşdırılmasının vacibliyini bildirib.
“Report” TASS-a istinadən xəbər verir ki, bu, “Reuters” agentliyi ilə “İpsos” araşdırma mərkəzinin birgə sorğusunun nəticəsində göstərilib.
Rəyi soruşulan Respulikaçılar Partiyası üzvlərinin 40, Demokratlar Partiyası üzvlərinin isə 79 faizi Konqresin məsələ ilə bağlı müstəqil araşadırmaya başlamasını istəyib.
Müqayisə üçün bildirilib ki, fevralda respndetnlərin 54 faizi bu ideyanı dəstəklədiyini söyləyib. Onda rəyi soruşulan Respulikaçılar Partiyası üzvlərinin 30, Demokratlar Partiyası üzvlərinin isə 81 faizi ölkə prezidenti Donald Trampın seçki qərargahının əməkdaşlarının Rusiya ilə əlaqələrinin müstəqil şəkildə araşdırılmasının vacibliyini bildirib.
Hazırda respondentlərin 28 faizi belə bir araşdırmaya ehtiyac olmadığı fikrindədir. Onların 14 faizi respuiblikaçı, 51 faizi isə demokratdır.
Sorğu mayın 10-14-də, Respublikaçılar Partiyasının 515, Demokratlar Partiyasının 686 üzvü olmaqla 1541 nəfərin iştirakı ilə keçirilib.
Paylaş: