Rusiyanın Xarici işlər Nazirliyi ABŞ-ın Rusiya şirkətlərinə və fərdlərinə qarşı son sanksiyalarına kəskin reaksiya verərək onları ölkə üzərinə təzyiq göstərmək məqsədilə edilən “faydasız cəhd” adlandırıb.
“Azadlıq” radiosunun istinadən verdiyi xəbərə görə, bu barədə Nazirliyin iyunun 12-də yaydığı bəyanatda deyilir: “Vaşinqtondakılar heç cür sakitləşə bilmirlər və vətəndaşlarımızın və təşkilatlarımızın üzərinə sanksiyalar qoymaqda davam edirlər. Nəticə həmişəki kimi yenə də sıfır olacaq…”
Bəyanatda bu da vurğulanır ki, Rusiyaya qarşı sanksiyalar uğur gətirməyəcək və “ölkəni beynəlxalq meydandakı müstəqil kursunu dəyişməyə vadar edə bilməyəcək”.
Nazirlik Birləşmiş Ştatları “terrorla və başqa real təhlükələrlə ciddi mübarizə aparmaq əvəzinə düşmənləri onların olmadığı yerlərdə yaratmaqda” ittiham edib. Bəyanatda xəbərdarlıq edilir ki, Moskva Vaşinqtonun son sanksiyalarını iyunun 12-də “Rusiya günü” ərəfəsində elan etməsini də yaddan çıxarmayacaq.
Paylaş: