Xəbər lenti

 

Yunanıstanda meşə yanğını nəticəsində 50 nəfərin ölümü və 156 nəfərin xəsarət alması ilə əlaqədar ölkədə bir günlük matəm elan edilib.

“Report” “Haber7”yə istinadən xəbər verir ki, hadisə ilə bağlı xaricə səfərini təxirə salan Yunanıstan hökumətinin başçısı Aleksis Sipras uyğun sərəncam imzalayıb.

Bildirilib ki, yanğın arasında 26 nəfərin meyiti çıxarılıb. Yüzlərlə ev yanaraq külə dönüb.

Sənədə əsasən, yanğın çıxan bölgələrdə fövqəladə vəziyyət elan edilib.

Yunanıstan hökuməti Avropa Mülkii Müdafiə Qüvvələrindən yardım istəyib.

Türkiyənın xarici işlər naziri Mövlud Çavuşoğlu Yunanıstana yardım etməyə hazır olduqlarını bildirib.




Ana səhifəyə qayıt        Baxış: 480          Tarix: 24-07-2018, 11:22      

Xəbəri paylaş


Paylaş:   

Prizma