Xəbər lenti

  Bu gün Tatarıstanda matəm elan edilib.

APA-nın verdiyi məlumata görə, Tatarıstan prezidenti Rustam Minnixanov ötən gecə avtobus və yük avtomobilinin toqquşması nəticəsində 13 nəfərin ölməsi ilə əlaqədar matəm elan edib.

Xatırladaq ki, Samara-İjevsk marşrutu üzrə hərəkətdə olan avtobus iyulun 2-nə keçən gecə yanacaq daşıyan yük maşını ilə toqquşub. Qəza zamanı avtobus aşaraq yanıb. Nəticədə 13 nəfər ölüb, 15 nəfər xəsarət alıb.

Hadisə yerində istintaq qrupu çalışır, hadisənin səbəbləri araşdırılır.




Ana səhifəyə qayıt        Baxış: 1 077          Tarix: 2-07-2017, 14:00      

Xəbəri paylaş


Paylaş:   

Prizma