Xəbər lenti

 Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Almaniyaya 2014-ci ildən bu yana ilk dəfə olaraq sentyabrda səfər etmək niyyətindədir.

Bu barədə “Bild” qəzeti Almaniya və Türkiyədəki hökumət mənbələrinə istinadən məlumat yayıb.

Bildirilir ki, 2014-cü ildən bu yana Ərdoğanın prezident kimi Almaniyaya ilk səfərinin məqsədi iki ölkə arasında əlaqələrin daha da inkişaf etdirilməsidir.

Nəşr qeyd edir ki, hələki səfərin dəqiq tarixi açıqlanmır, lakin bildirilir ki, Türkiyə lideri artıq sentyabrın sonunda Almaniyaya gedə bilər. Səfər zamanı Almaniya prezidenti Frank-Valter Ştaynmayer və digər hökumət nümayəndələri ilə görüşlər nəzərdə tutulur.(“Report”)




Ana səhifəyə qayıt        Baxış: 644          Tarix: 28-07-2018, 11:23      

Xəbəri paylaş


Paylaş:   

Prizma