Xəbər lenti
Türkiyə Almaniyaya nota verdi
Türkiyə 15 iyul 2016-cı il dövlət çevrilişinə cəhddə əsas şübhəlilərdən biri hesab edilən Adil Öksüzlə əlaqədar Almaniyaya nota verib.

Publika.az Türkiyə KİV-inə istinadən xəbər verir ki, Almaniya Xarici İşlər Nazirliyinə verilən notada Adil Öksüzün Almaniyada olması barədə xəbərlərin araşdırılması və ölkədə olduğu müəyyən ediləcəyi halda tutularaq Türkiyəyə ekstradisiya edilməsi istənilib.

Almaniya Xarici İşlər Nazirliyində olan mənbələr Öksüzün ölkədə olduğuna dair əllərində hər hansı bir məlumatın olmadığını bildiriblər. Ancaq alman tərəfinin açıqlamaları Türkiyəni qane etməyib.

Adil Öksüz istintaqın versiyasına görə, Fəthulahçı Terror Təşkilatının (FETÖ) Türkiyə Hərbi Hava Qüvvələrindəki “imam”ı idi. O, çevriliş cəhdindən dərhal sonra saxlanılıb. Sonradan azad edilən Adil Öksüz hazırda axtarışdadır.

O, FETÖ lideri Fəthullah Güləndən sonra çevriliş cəhdində iki nömrəli şübhəli hesab edilir.

Qeyd edək ki, Almaniya çevriliş cəhdində ittiham olunan FETÖ-çülərin əsas sığınacağına çevrilib. Almaniya mətbuatının yazdığına görə, çevriliş cəhdindən bu yana təxminən 4 min FETÖ üzvünün Almaniyaya gəlib. İki dövlət arasında ekstradisiya haqqında müqavilənin olmasına baxmayaraq, Berlin onları Türkiyəyə qaytarmaqdan imtina edir




Ana səhifəyə qayıt        Baxış: 960          Tarix: 16-08-2017, 13:37      

Xəbəri paylaş


Paylaş:   

Prizma