Gürcüstanda marixuanadan istifadə ilə bağlı bütün sanksiyalar ləğv olunub. Bu barədə Gürcüstanın Konstitusiya Məhkəməsi qərar qəbul edib.
Məhkəmə bu gün “Girçi” Partiyasının üzvləri Zurab Caparidze və Vaxtanq Meqrelişvilinin iddiasını təmin edərək, həkim təyinatı olmadan marixuananın istifadəsi ilə bağlı bütün sanksiyaları qeyri-konstitusion elan edib.
İddiaçılar bildiriblər ki, marixuanadan istifadə şəxsiyyətin azad inkişafı ilə bağlı hüququdur və marixuanadan ziyan yalnız onu istifadə edən şəxsə dəyə bilər və bununla bağlı məsuliyyəti həmin şəxs daşıyır.
Qərarı şərh edən Z.Caparidze bildirib ki, Gürcüstanda marixuanadan istifadə tam leqallaşdırılıb: “Məhkəmənin bu qərarı ilə Gürcüstan daha azad ölkəyə çevrildi. Marixuanadan istifadəyə görə inzibati cəzalar ləğv olunub. Artıq marixuanadan istifadəyə görə Gürcüstanda heç kəs cəzalandırıla bilməz”. (APA)
Paylaş: