Xəbər lenti

 

"Gürcüstanda vətəndaşlığı olmayan şəxslərə torpaq sahələri satılmayacaq”.

Bunu Gürcüstan baş naziri Georgi Kvirikaşvili bu gün hökumətin iclasında bildirib.

Onun sözlərinə görə, Gürcüstan vətəndaşlığı olmayan şəxslərə torpaq satılmayacaq: "Biz bu barədə qərar qəbul etmişik. Məsələ ilə bağlı hakim partiya ilə məsləhətləşmələr keçirilib”.

Baş nazir qeyd edib ki, Gürcüstanda dövlət və yerli hakimiyyət orqanları, habelə vətəndaşlığı olan şəxslər torpaq ala biləcək. (APA)




Ana səhifəyə qayıt        Baxış: 904          Tarix: 8-06-2017, 16:53      

Xəbəri paylaş


Paylaş:   

Prizma