Xəbər lenti

Gürcüstanda prezident seçkilərinin tarixi bu həftənin sonuna qədər məlum olacaq.

Məlumata görə, prezident Giorgi Marqvelaşvilinin seçkilərin tarixini bu həftə ərzində elan edəcəyi gözlənilir. Hakim partiya və müxalifət son günlər prezidentdən seçkilərin tarixini təyin etməyi tələb edirlər.

Yerli qanunvericiliyə əsasən seçkilərin vaxtı seçkilərə ən azı 60 gün qalmış elan olunmalıdır. Seçkilərin bu ilin oktyabrında keçiriləcəyi gözlənilir.

Qeyd edək ki, Gürcüstanda builki seçkilər dövlət başçısının birbaşa səsvermə yolu ilə seçiləcəyi son seçki olacaq. Prezident 6 il müddətinə seçiləcək. Müddətin başa çatmasından sonra Gürcüstan tam olaraq parlament respublikasına çevriləcək, prezident isə seçicilər kollegiyası tərəfindən seçiləcək/APA.

 




Ana səhifəyə qayıt        Baxış: 570          Tarix: 31-07-2018, 16:07      

Xəbəri paylaş


Paylaş:   

Prizma