Türkiyədə növbədənkənar prezident və parlament seçkilərinin keçirilməsi təklif olunub.APA-nın NTV telekanalına istinadən verdiyi məlumata görə, Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Baxçalı 2019-cu il noyabrın 3-də keçirilməsi nəzərdə tutulan prezident və parlament seçkilərinin bu il avqustun 26-da keçirilməsini təklif edib.
Prezident üsul-idarəsinin hələ tam tətbiq olunmadığını söyləyən D. Baxçalı hazırda Türkiyənin xarici qüvvələrin təhdidi altında olduğunu bildirib: “Təklifimiz 26 avqust 2018-ci ildə prezident və parlament seçkilərinin keçirilməsi, xalqımızın Türkiyə düşmənlərinə lazımi dərs verməsidir. Növbədənkənar seçkilərin keçirilməsi bir milli zərurətdir”.
Türkiyə baş nazirinin müavini, hökumət sözçüsü Bəkir Bozdağ təklifin hakim Ədalət və İnkişaf Partiyasının ali qurumlarında müzakirə olunacağını açıqlayıb.
Paylaş: