Xəbər lenti

Ermənistanın sabiq prezidenti Serj Sarksyanın qardaşı oğlu Narek Sarksyan beynəlxalq axtarışa verilib.

TASS xəbər verir ki, bu barədə respublika polisinin rəhbəri Valeri Osipyan mətbuat konfransında məlumat verib.

Qeyd edək ki, daha əvvəl Sarksyan və onun mühafizəçisi Narekin mənzilində həyata keçirilən axtarış zamanı aşkar edilən silah və narkotik maddə saxlama ittihamı ilə o, Ermənistan daxilində axtarışa verilib.

Milli Təhlükəsizlik Xidmətinin əməkdaşları həmçinin Sarksyanın yaxın dostunu da saxlayıb, ondan içərisində narkotik vasitələr və tapança olan çemodan müsadirə edilib/Report.

 




Ana səhifəyə qayıt        Baxış: 686          Tarix: 21-08-2018, 18:11      

Xəbəri paylaş


Paylaş:   

Prizma