Xəbər lenti

İranın şimal-şərqində, Məşhəd şəhərində üç yaşayış evinin uçması nəticəsində 10 nəfər həlak olub, 5 nəfər xəsarət alıb.

Bu barədə “Report” “Ria Novosti”yə istinadən xəbər verir.

Yerli yanğınsöndürmə xidmətinin təmsilçisi Mehdi Rezayi bildirib ki, hadisə nəticəsində on nəfər həlak olub, beş yaralı xəstəxanaya yerləşdirilib.

Rezayinin sözlərinə görə, 15 qonşu binaya ciddi ziyan dəyib.

Yerli KİV-in məlumatına görə, insident səhər saatlarında baş verib, binaların uçmasına səbəb suqızdırıcı qazanın partlaması olub.

 




Ana səhifəyə qayıt        Baxış: 450          Tarix: 25-08-2018, 15:49      

Xəbəri paylaş


Paylaş:   

Prizma