Xəbər lenti

 

Gürcüstan höküməti " Yaşıl iqtisadiyyat” və ətraf mühitin qorunması məqsədilə həyata keçirilən tədbirləri sərtləşdirir.

Oktyabrın 1-dən qalınlığı 15 makron olan sellofan paketlər satış və istehsalatdan yığışdırılır. 6 ay ərzində tədricən bütün polietilen torba, paketlərin ölkədə istehsalı, idxalı və realizəsi aradan qaldırılacaq. 

" Məlumdur ki, son illər dünya plastik və polietilen materiala qarşı mübarizə elan edib. Ətraf mühit, təbiət plastik və sellofandan çox çirklənir. Bu problem Gürcüstanı da narahat edir. Biz öz qanunlarımız çərçivəsində 2018-ci ilin oktranrın 1-dən etibarən birdəfəlik polietilen torbaların istifadəsinin aradan qaldırılmasına start verdik” – deyə baş nazir Mamuka Baxtadze qeyd edib.

Xatırladaq ki, Azərbaycanda da Ekologiya və Təbii Sərvətlər Nazirliyi bir neçə aydır ki, marketlərdə və digər yerlərdə ucuz, zərərli sellofan torbaların insanlar tərəfindən istifadəsinə qarşı təbliğat kompaniyası başlayıb. Azərbaycan da polietilen torbaların təsirindən ekologiyası zərər görən ölkələrdəndir. \\Medicina.az




Ana səhifəyə qayıt        Baxış: 508          Tarix: 12-09-2018, 22:18      

Xəbəri paylaş


Paylaş:   

Prizma