Xəbər lenti

Türkiyənin Antiinhisar komitəsi “Google” şirkətini 93 milyon lirə (15 milyon dollara yaxın) məbləğində cərimələyib.

Trend-in məlumatına görə, bu qərar mobil qurğular üçün proqram təminatının satışı sahəsində rəqabət qaydalarının pozulması ilə bağlı qəbul edilib.

Qeyd olunur ki, bununla əlaqədar olaraq “Google”, “Google İnternational” və “Google Reklamcılık” şirkətləri cərimələnib. Bu şirkətlərə altı ay ərzində qayda pozuntularını aradan qaldırmaq və bazarda səmərəli rəqabətqabiliyyətliliyi bərpa etmək tapşırılıb.

 




Ana səhifəyə qayıt        Baxış: 302          Tarix: 22-09-2018, 16:27      

Xəbəri paylaş


Paylaş:   

Prizma