Xəbər lenti

“Prezident Donald Trampa Polşada ABŞ hərbi bazasının yaradılması üçün 2 milyard dollar təklif etdiyim zaman onun gözləri parıldadı”.

Bu sözləri Polşa Prezidenti Andjey Duda Trampla görüşü barədə danışarkən deyib.

Duda pul təklifi ortaya çıxandan sonra söhbətin daha fərqli duruma gəldiyini vurğulayıb:

“Trampa “Cənab Prezident, Polşada ABŞ hərbi bazasının açılmasını istərdik” dedim. O, sadəcə başını yellədi, ancaq bir reaksiya vermədi. Bunun ardınca hərbi bazanın hazırlanması üçün 2 milyard dollar ayırmağa hazır olduğumuzu bildirdim. Trampın gözləri parıldadı, bundan sonra söhbət tamamilə fərqli bir hal aldı”.

Qeyd edək ki, ABŞ-ın bu ölkədə hərbi bazasının yaradılması üçün artıq ABŞ-Polşa işçi qrupu fəaliyyət göstərir/Axar.az.

 




Ana səhifəyə qayıt        Baxış: 546          Tarix: 2-10-2018, 12:15      

Xəbəri paylaş


Paylaş:   

Prizma