Xəbər lenti

ABŞ Qətərə 1,1 milyard dollarlıq silah satatcaq

ABŞ Qətərə 1,1 milyard dollar dəyərində silah satatcaq.

Publika.az xəbər verir ki, bu barədə ABŞ-ın Xarici İşlər Nazirliyi məlumat yayıb. Prezident Donald Trampın "terrora dəstək verməkdə" ittiham etdiyi Qətərə silah satışı icazəsi təsdiqlənib.

ABŞ Xarici İşlər Nazirliyi Qətərin "F-15" təyyarələrinin yenilənməsi, silahlar, gücləndirilmiş sığınacaqlar, donanma əməliyyat qurğuları və s. daxil olmaqla, ümumilikdə 1,1 milyard dollarlıq hərbi sursat almaq üçün müraciət etdiyini deyib.

Müdafiə Nazirliyi daha əvvəl də ABŞ-dan 12 milyard dollar dəyərində 72 ədəd "F-15" təyyarəsi alan Qətərin müraciətinə müsbət cavab verib:

"Qətər Fars Körfəzindəki siyasi sabitlik üçün önəmli bir gücdür. Ortaq müdafiə metodlarımız əlaqələrimizi güclü saxlamağa xidmət edir. Qətərin Hərbi Hava Qüvvələrinin güclü hərbi texnika ilə təmin olunması bu ölkənin təhlükəsizliyi baxımından önəmlidir".




Ana səhifəyə qayıt        Baxış: 720          Tarix: 2-11-2017, 16:23      

Xəbəri paylaş


Paylaş:   

Prizma